Kişi və Qadın Sidik saxlamamazlığı
Sidik saxlamamazlığı- iradi hissə tabe olmayan, istəmədən sidik ifrazına deyilir.
Nədən əmələ gəlir?
1. Sidik kisəsinin divarının zəifliyi
2. Sidik kisəsi sfinktorunun zəifliyi, qapanmasının pozulması
3. Çanaq əzələsinin zəifliyi ( çanaq daxili orqanların xəstəliyi, hamiləlik, doğuş və s.)
Qadınların 30% bu xəstəliklə üzləşir. İnkişaf etmiş ölkələrdə böyük sosial problem səviyyəsinə çatıb. Buna baxmayaraq hətta Amerikanın özündə belə bu problemdən əziyyət çəkən qadınların yalnlız 20-30% həkimə müraciət edirlər.
Müraciətdən çəkinmənin səbəbləri
Son 10-15 il ərzində sidik saxlamamzlığın müalicəsi yolunda əsl inqilabı dəyişikliklər baş verib. Beləki müasir cərrahi və müalicədən xəbəri olan həkim müalicəsindən sonra 10 qadının 9-da tam müalicə əldə olunur. Həqiqətəndə effektiv və zərərsiz dərmanlar yaranıb. Cərrahi müalicə isə əvvəlkindən çox fərqlənir: kəsik 1 sm., əməliyyat yerli keyləşdirmə altında aparılır, xəstə evə həmin günü yada sabahı gün göndərilir. Effektivlik uzunmüddətli dövrdə 85-90%.
- Ənənəvi utanma hissindən. Müasir dövrə baxmayaraq hələdə xəstəliklər “hörmətli” və “hörmətsiz” xəstəliklərə bölünür. Bu xəstəliklər insana necə ağır gəlsədə onlar haqqında danışmaq çətin gəlir, yalnız dözmək qalır
- Səhv fikir formalaşıb ki, bu xəstəlik qocalığın təbii bir mərhələsidir, belədə olmalıdır, bundan qaçmaq olmaz
- Xəstələrdə əməliyyatsız müalicə növləri haqqında məlumatın olmaması
- Xəstələrlə ilk rastlaşan həkimlərin məlumatsızlığı
- Xəstələrdə qədim ağır cərrahi və az effekti olan metodlardan qorxu hissi
Müalicə
Cərrahi müalicə-
Həcm əmələgətirici dərman maddələrin vurulması. Prosedur 15-20 dəqiqə çəkir yerli keyləşdirmə altıda aparılır. Tam ağrısız, kəsiksiz, qansız bir prosedurdur. Xüsusi dərman maddəsi (Urodex) sidik kanalına vurularaq daraldılır, yüngül dərəcəli sidik saxlamazlığı müalicə olunur.
Slinq əməliyyatı. Uretranın altına, selik altına prolen zolaq qoyularaq fiksə olunur. Əməliyyat 2-3 sm-lik kəsikdən aparılır, yerli keyləşdirmə altında keçirilir. Xəstə əməliyyatdan sonrakı dövrdə heç bir müalicəyə ehtiyacı olmur.
Lazer texnologiyasının müalicədə istifadəsi:
Bu texnologiya ən müasir metod hesab olunur. Yüngül və orta dərəcəli Stress dizuriyalarda tətbiq olunur. Müalicə yerli keyləşdirmə altında aparılır, 10-15 dəqiqə çəkir. Lazer şüaları selikaltı qatda kollagen inkişafına səbəb olur, çanaq əzələlərin tonusuna müsbət təsir edərək müalicəvi effekt verir.