URS - Sidik axarı daşların çıxarılması
Orqanizmdə baş verən biokimyəvi reaksiyalarda yaranan zərərli maddələrin bədəndən atılması, lazımlı maddələin qana verilməsi böyrəklər tərəfindən həyata keçirilir. Sidikdə həll olmayan və atıla bilməyən kristalların birləşməsiylə daş əmələ gəlir.Ən çox 30-60 yaş arasında və kişilərdə qadınlara nisbətlə 3 dəfə artıq görülür. Genetik faktorlar, iqlim, qidalanma vərdişi, gündəlik maye qəbulu, bəzi dərman preparatlarının və bəzi xəstəliklərin daş yaranmasında təsiri olduğu müəyyənləşdirilmişdir.
Sidik axarı daşları:
Sidik axarında olan daşların demək olar ki hamısı böyrəklərdən düşmüş böyrək daşlarıdır. Daşların yarısından çoxu sidik axarının son 1/3 hissəsində yerləşirlər. Sidik axarı daşlarının əsas əlamətləri şiddətli ağrı və hematuriyadır. (qanlı sidik). Ağrı, sidik axarı içində daşın hərəkəti səbəbilə yaranan spazma bağlıdır. Həmçinin hərəkət zamanı sidik axarının daşla zədələnməsi qanama və qanlı sidik əlamətiylə nəticələnir. Bəzi xəstələrdə daş sidik axarını tamamilə tutur və anuriya adlanan-sidiyin çıxarılmasını mümkünsüz edir. Anuriya 3 formada olur:
- Xəstə tək böyrəkli olduqda
- Bir axarın tutulmasına bağlı olaraq digər sidik axarının da refleks olaraq spazmı və tutulması
- Xəstənin hər iki sidik axarı daşla tutulduqda
Sual - Cavab
Daş yaranmaya səbəb olan aşağıdakı risk faktorları vardır:
Sidik yolu infeksiyaları
Böyrəkdəki anadangəlmə anomaliylar
Böyrək xəstəlikləri olanlar
Qidalanma vərdişi
Normadan az maye qəbulu
İsti iqlim qurşağı
Bəzi dərman preparatları
Bəzi bağırsaq xəstəlikləri
Genetik faktorlar
Keçirilmiş bağırsaq əməliyyatları
Metabolik xəstəliklər