Böyrək Daşının Endoskopik Müalicəsi

Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Böyrəklər onurğamızın hər iki tərəfində yerləşirlər. Kişilərdə ağırlığı 125-170 gr, qadınlarda 115-155 qram arasında dəyişir. Uzunluğu 11-12 sm, qalınlığı 3.5-4 sm., eni 5-7.5 sm olan cüt orqanlarımızdandır. Sağ böyrək sol böyrəkdən 1-2 sm aşağıda yerləşir. Hər iki böyrəkdə təxmini 2.400.000 civarında nefron (böyrəyin funksional vahidi) vardır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən keçir( süzülür). Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, orqanizmdən lazımsız maddələr atılır. Bütün bunlar böyrəklərin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir.

Böyrək daşı nədir?

Böyrək daşı, tibbdə”nephrolithiasis” və ya “urolithiasis” olaraq bilinən, böyrəklərdə yığılan sərt maddələrə verilən addır.Böyrək daşları müxtəlif maddələrin,duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn bir xəstəlikdir. Normal halda böyrəklərdə bu çöküntülərin qarşısını alan maddələr var, amma bəzi hallarda bu qoruyucu mexanizm təsirini itirir. Bu xəstəlik ən çox rast gəlinən böyrək problemlərindəndir.

Əksər hallarda kişilərdə rast gəlinsə də, bəzi növ daşlar daha çox qadınlarda rast gəlinir. Böyrək daşları bir çox səbəblərdən əmələ gələ bilir:

Böyrək daşları dəyişik ölçü, şəkil və rəngdə ola bilir. Dəniz qumu zərrəsindən qolf topu böyüklüyünə qədər daşa rast gəlinə bilir. Çoxu düz və oval şəkillidir.Bəziləri çıxıntlı və haçalanmış ola bilir. Daşın rəngi kimyəvi birləşmələrdən asılıdır. Çoxu sarı-qəhvəyi, bəzilərı qaradır.

Sual Cavab

Olduqca sıx görülən bir xəstəlikdir. Kişilərin 10-15%-i, qadınların 5%-də görülür. İlk olaraq 20-30 yaşlarda ortaya çıxır. Xüsusilə kişilərdə, bir dəfə daş yaranmış kişilərin 2/3-də təxmini 9 il içində daş təkrarlanır.

Ümumiyyətlə böyrək daşı yaranmasınin səbəbləri aşağıdakılardır:

Az maye qəbulu
Qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu)
Genetik faktorlar
Sidik yolu infeksiyaları
Böyrəyin quruluş anomaliləri
İsti iqlim qurşağı
Bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar
Sidikdə normadan artıq kalsium, sistin, oksalat atılımı
Sidik pH-da dəyişiklik( mühitində)
Əvvəllər böyrək daşı olanlar
Sidik yollarında yad cisimlər
Uzun müddət hərəkətsiz qalma
Artıq çəki
Xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, klinik daha ağır gedişli olur. Bu tıxanma nəticısində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez ilihab və ciddi böyrək zədələnmələri yaranır. Belə vəziyyət uzun müddət davam edərsə böyrək iltihabına və ya hidronefroz deyilən böyrək divarının incəlməsi və böyüməsinə səbəb olur. Böyrək daşları hərəkətedib sidik yollarına və sidik kisəsinə düşə bilər.Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələnməyə səbəb olur və xəstədə dayanılmaz ağrılara səbəb olur.

    Bizimlə əlaqə