Prostat Adenomasının Endoskopik Müalicəsi
Prostat vəzinin adenoması prostat vəzinin xoşxassəli şişi olub, 40 yaşdan yuxarı kişilər arasında ən çox rast gəlinən xəstəliklərdən biridir”.
Prostat vəzinin adenoması periuretral vəzilərin yaşla əlaqədar böyüməsidir:
“Xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından sikayət edirlər. Oyanandan sonra isə xəstə sidik kisəsini dərhal boşalda bilmir və xəstədə qalıq sidik qalır. Xüsusən də qalıq sidik 100 ml-i keçərsə, ciddi fəsadlar törədə bilər. Bu zaman sidiyin axın sürəti də zəifləmiş olur və arabir hətta kəsilə də bilər. Eyni zamanda cinsi zəifliklə özünü büruzə verir. Təəssüf ki, kişilər əksər hallarda, hətta kəskin ağrılar və sidik ifrazı pozğunluqları olduğu halda həkimə müraciət etməyə tələsmirlər. Bu da öz növbəsində ağır fəsadlara səbəb olur. Çünki vaxtında müalicə olunmadığı hallarda sidik kisəsinin daşı, qasıq yırtığı və çox gecikmiş dövrlərdə böyrək çatışmazlığına gətirib çıxarır”.
Hal-hazırda sidik şırnağının təzyiqini ölüçən xüsusi aparatlar mövcuddur:
“Urofloumetr adlanan aparat vasitəsilə sidik şırnağının təzyiqi ölçülür. Maksimal sidik şırnağı 10 ml/saniyədən aşağıdırsa və qalıq sidik 100 ml-i keçirsə, bu zaman prostat adenoması ciddi müalicə edilməlidir. Eyni zamanda qanda PSA analizi aparılmalıdır ki, prostat xərçəngi olmadığı inkar edilsin”.
“Prostat adenoması XXI əsrin qızıl standartı olan Plazma-Kinetik üsulla aradan qaldırılır” deyən Araz Bayramov əlavə edib ki, bu üsulun üstünlüyü ətraf toxumaları zədələmədən və cinsi fəaliyyətə xələl gətirmədən prostat adenomasının rezeksiya olunaraq çıxarılmasıdır:
“Plazmakinetik usulla prostat adenoması ve sidik kisesi poliplerinin müalicəsi kəsiksiz endoskopik üsulla aparılır. Bu yolla prostat adenoması heç bir ağrı, kəsik olmadan, bipolyar koaqulyasiya hesabına ətraf toxumalar zədələnmədən əməliyyat həyata keçirilir”.
Xatırladaq ki, Almaniyanın Kompyuterləşdirilmiş Ultrasəs Diaqnostika Mərkəzi prostat adenoması və xərçənginin erkən ortaya çıxarılması və düzgün diaqnostikası üçün transrektal ultrasəs müayinələrinin aparılmasını ölkəmizdə Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Fransa təhsilli uzman-uroloq, Dr. Araz Bayramova həvalə edib.