Sual - Cavab
- Ana səhifə
- Sual – Cavab
Sizlər tərəfindən bizə ünvanlanmış sualların bəzilərinin cavablarını bu səhifədə tapa bilərsiniz. Suallarınızı bizə ünvanlaya bilərsiniz.
Böyrək daşının əsas yaradıcısı, səbəbi su qəbulunun az olması və duzlu qidalanmadır. Yəni natrium-xlorid duz istifadəsini artırdıqca bununla birlikdə Ca (kalsiumda) artırki, bu böyrək daşının yaranmasına səbəb olur.
Uşaqların sünnət müddəti 40 günü çıxana kimidir.Ən ideal zamanı 3 günlük uşağın sünnətidir.
Penisi böyütmə yolları vardır, bu gün çox müasir vakkum sistemi o cümlədən dartma üsulları, cərrahi üsullar tətbiq olunur. Bunlar içərisindədə biz ən müasir 5S plastik cərrahiyyənin üzərində çalışırıq.
Sidiyə çıxma ümumiyyətlə maye qəbuluna bağlıdır. Biz maye qəbulunu artırırıqsa, təbiiki daha tez-tez sidiyə çıxma olacaq. Gün ərzində təqribi 4 5 dəfə tam normal hesab olunur. Ama gecələr sidiyə çıxma çox olursa, bu prostat vəzinin problemi ola bilər.
Patensiyanın ən güclü qoruyucusu idmandır və təbii ki sağlam həyat tərzi sürməkdir.
Zöhrəvi xəstəliklərin ilkin simptomu səhər sidiyə çıxmadan axıntının olmasıdır. Əgər kanaldan axıntı vardırsa, təbii ki biz uroloqa müraciət etməliyik.