Cinsi zəifliyin müalicəsi | Zərbə - dalğa terapiyası

Zərbə-dalğa terapiyası andrologiyada ən effektiv üsullardan biri sayılır, unikallığı və mükəmməl effektləri ilə seçilir. Cinsiyyət orqanının üzərinə zərbə dalğaları ötürməklə cinsiyyət orqanının qan dövranını güclənir, sinir ötürücülüyü yaxşılaşır, hüceyrələri, toxumaları yeniləmiş olur. Həmçinin iltihab əleyhinə təsir və immuniteti bərpa edərək sərtləşmə problemini, əlaqənin erkən bitməsini, kiçik çanağın iltihab problemlərini, eləcə də cinsi əlaqə zamanı ağrıları kompleks şəkildə aradan qaldırır, cinsiyyət orqanının əyriliyi korreksiya olunur. Zərbə-dalğa terapiyası zamanı aşağıdaki androloji və cinsi xəstəlikləri aradan qaldırmaq mümkündür: – Prostatit- Erektil disfunksiya (cinsi zəiflik)- Peyroni xəstəliyi- Vezikulit Terapiya 8-10 seansdan ibarət olur. Hər seans da 10-15 dəqiqə davam edir, həftədə 1-2-3 dəfə həyata keçirilir.

    Bizimlə əlaqə