URS - Sidik axarı daşların çıxarılması

Orqanizmdə baş verən biokimyəvi reaksiyalarda yaranan zərərli maddələrin bədəndən atılması, lazımlı maddələin qana verilməsi böyrəklər tərəfindən həyata keçirilir. Sidikdə həll olmayan və atıla bilməyən kristalların birləşməsiylə daş əmələ gəlir.Ən çox 30-60 yaş arasında və kişilərdə qadınlara nisbətlə 3 dəfə artıq görülür. Genetik faktorlar, iqlim, qidalanma vərdişi, gündəlik maye qəbulu, bəzi dərman preparatlarının və bəzi xəstəliklərin daş yaranmasında təsiri olduğu müəyyənləşdirilmişdir.

Sidik axarı daşları:

Sidik axarında olan daşların demək olar ki hamısı böyrəklərdən düşmüş böyrək daşlarıdır. Daşların yarısından çoxu sidik axarının son 1/3 hissəsində yerləşirlər. Sidik axarı daşlarının əsas əlamətləri şiddətli ağrı və hematuriyadır. (qanlı sidik). Ağrı, sidik axarı içində daşın hərəkəti səbəbilə yaranan spazma bağlıdır. Həmçinin hərəkət zamanı sidik axarının daşla zədələnməsi qanama və qanlı sidik əlamətiylə nəticələnir. Bəzi xəstələrdə daş sidik axarını tamamilə tutur və anuriya adlanan-sidiyin çıxarılmasını mümkünsüz edir. Anuriya 3 formada olur: 

Sual - Cavab

Ən çox Kalsium daşları (okslat və ya fosfat ) və daha az infeksiyali daşlar, urat və sistin daşları görülür.

Sidik axarı daşlarında ağrı, ürəkbulanma, qusma kimi şikayətlər ola bilir. Üst sidik axarı daşlarında ağrı yan tərəfdə olub, belə və qasıq bölgəsinə yayılır. Alt sidik axarı daşlarında ağrı bel və qasıq bölgəsi, xayalara vura bilir. Bununla yanaşı sidik ifrazı zamanı yanma, tez-tez sidiyə getmə hissi ola bilir.

Daş yaranmaya səbəb olan aşağıdakı risk faktorları vardır:

Sidik yolu infeksiyaları
Böyrəkdəki anadangəlmə anomaliylar
Böyrək xəstəlikləri olanlar
Qidalanma vərdişi
Normadan az maye qəbulu
İsti iqlim qurşağı
Bəzi dərman preparatları
Bəzi bağırsaq xəstəlikləri
Genetik faktorlar
Keçirilmiş bağırsaq əməliyyatları
Metabolik xəstəliklər
Ultrasəs müayinəsi (USM),KT ( computer tomoqrafi) və pieloqrafiya (vena daxili verilən preparatla böyrəyin müayinəsi) vasitəsilə sidik yolları və böyrəyin müayinəsi ilə diaqnoz qoyulur.

Ümumi olaraq sidik axarında hər hansı bir darlıq və ya anomaliya olmayanda ölçüsü 4-5 mm olan sidik axarı daşları özləri düşə bilir. Daha əvvəl daş düşmüş olanlarda sonradan əmələ gələn daşların düşməsi daha asan olur.

Tam təbii yolla qalxaraq Böyrək daşlarının müalicəsi Flexible URS Holmium Lazerlə böyrək və sidik axarı daşlarının parçalanaraq çıxarılması sadə əməliyyatlar sırasındadır.

Bu üsulla Böyrək daşlarını 30 dəqiqə ərzində heç bir kəsik və dəlik olmadan çıxarılması və xəstənin həmən günü evə yola salınması bunu təsdiqləyir. Urologiyada böyrək daşlarının endoskopik çıxarılması artıq sadə əməliyyatlar sırasındadır.

    Bizimlə əlaqə