“O, bizim həyata inamımızı qaytardı”
Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, tanınmış uroloq-androloq Araz Bayramovun adı çoxsaylı xəstələrlə yanaşı, ölkə mətbuatına da tanışdır.
Vaxtaşırı olaraq telekanallarda, internet mediada və sosial şəbəkələrdə öz fəaliyyəti ilə bağlı hesabatlarla çıxış edən Dr. Araz Bayramovla xəstələrinin iştirakı ilə iş otağında görüşmək qərarına gəldik.
Beləcə TƏBİB.AZ portalının təsisçisi Azər Niftiyev, baş redaktoru Günel Hüseynli və bu sətirlərin müəllifi MTN-nin Hərbi Hospitalına üz tutduq.
Haşiyəyə çıxaraq deyək ki, Dr. Araz Bayramov MTN-nin Hospitalı ilə yanaşı müxtəlif aparıcı klinikalarla da əməkldaşlıq edir və öz təcrübəsini bölüşür.
Bizi mehribanlıqla qarşılayan uzman-cərrah bildirdi ki, gərgin iş qrafikinə baxmayaraq, həmişə olduğu kimi, bu dəfə qələm əhlinə vaxt ayırmağı planlaşdırır.
Elə bu zaman birgə razılaşdıq ki, doktorun vaxtını almayaq və onunla yox, müayinə və müalicə məqsədilə ona üz tutan xəstələrlə söhbətləşək.
Beləcə Dr. Araz Bayramovun qəbuluna gələn xəstələri söhbətə tutduq.
Bakı şəhər sakini Eldəniz Əliyev bildirdi ki, Araz Bayramov onun azyaşlı oğlunu böyük bəladan qurtarıb:
“Üç yaşlı oğlum Ayxan uzun illər idi ki, böyrək daşından əziyyət çəkirdi. Daha dəqiq, biz əvvəl səbəbi bilmirdik. Qarın nahiyəsində ağrılardan şikayətlənirdi. USM müayinəsindən keçirdik, məlum oldu ki, uşaqda böyrək daşı var və artıq bu daş sidik axarına düşüb. Hətta bizi qorxuzdular. Dedilər ki, böyrək öz funksiyasını itirir. Bu səbəbdən əməliyyat zamanı zərurət yarana və böyrəklərdən biri çıxarıla bilər. Axı bu uşağın gələcəyi qabaqdadır. Biz buna razılaşa bilməzdik. Yaxın dostlardan biri bizə uzman Dr. Araz Bayramova müraciət etməyi tövsiyyə etdi. Əlimiz hər yerdən üzülmüşdü. Araz doktorun yanına gedəndə də ümidimiz az idi. Amma Araz həkim bizi çox normal qarşıladı və əmin etdi ki, uşaq bu problemdən heç bir fəsad olmadan xilas olacaq. O, öz sözünün üstündə durdu. Ayxan heç bir fəsad, ağrı, ağırlaşma və kəsik olmadan ən qısa zamanda təbii yolla qalxaraq, holmium-lazerlə parçalanaraq, artıq bizim qorxulu röyamıza çevrilmiş böyrək daşından azad oldu. Səhəri günü də evə buraxıldı. Araz doktor bizdə Azərbaycan həkiminə olan inamı bərpa etdi. Baxmayaraq ki, ondan öncə üz tutduğumuz klinikada bizim bütün ümidlərimizi puç etmişdilər”.