Arşivler: Departments

Penis əyriliyi – Peyroni xəstəliyi

Son vaxtlar müraciət olunan patalogiyalardan biri peyroni xəstəliyidir❗ Bu xəstəlik cinsiyyət orqanının qan dövranının pozulmasına, cinsi zəifliyə və cinsiyyət orqanının əyriliyinə gətirib çıxarmış olur? Peyroni xəstəliyinin səbəbi məlum deyil. Bu xəstəlik zamanı biz cinsiyyət orqanının və xayaların ultrasəs müayinəsini həyata keçiririk✅ Müayinə zamanı həmin kirezləşmiş hissənin ölçüsü, sahəsi və qalınlığı mütləq olaraq aşkarlanmalıdır. Xəstəlik zamanı əyriliyi əməliyyat vasitəsi ilə düzəltmək və gözəl nəticələr almaq mümkündür?
Ətraflı

Varikoselin mikrocərrahi müalicəsi

Varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Hərbi xidmətə gedənlərin 20%-də Varikosel görülür.
Ətraflı

Kişi Sonsuzluğu

Sonsuzluq- evli cütlüyün 1 il müddətində qorunmadan, müntəzəm cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmamasıdır. Sonsuzluq tək fərdin deyil, bir ailənin problemidir
Ətraflı

Cinsi zəifliyin müalicəsi – Zərbə dalğa terapiyası

Zərbə-dalğa terapiyası andrologiyada ən effektiv üsullardan biri sayılır, unikallığı və mükəmməl effektləri ilə seçilir. Cinsiyyət orqanının üzərinə zərbə dalğaları ötürməklə cinsiyyət orqanının qan dövranını güclənir, sinir ötürücülüyü yaxşılaşır, hüceyrələri, toxumaları yeniləmiş olur. Həmçinin iltihab əleyhinə təsir və immuniteti bərpa edərək sərtləşmə problemini, əlaqənin erkən bitməsini, kiçik çanağın iltihab problemlərini, eləcə də cinsi əlaqə zamanı ağrıları kompleks şəkildə aradan qaldırır, cinsiyyət orqanının əyriliyi korreksiya olunur. Zərbə-dalğa terapiyası zamanı aşağıdaki androloji və cinsi xəstəlikləri aradan qaldırmaq mümkündür: - Prostatit - Erektil disfunksiya (cinsi zəiflik) - Peyroni xəstəliyi - Vezikulit Terapiya 8-10 seansdan ibarət olur. Hər seans da 10-15 dəqiqə davam edir, həftədə 1-2-3 dəfə həyata keçirilir.
Ətraflı

Prostat Adenomasının Endoskopik Müalicəsi

Prostat vəzinin adenoması prostat vəzinin xoşxassəli şişi olub, 40 yaşdan yuxarı kişilər arasında ən çox rast gəlinən xəstəliklərdən biridir”. Prostat vəzinin adenoması periuretral vəzilərin yaşla əlaqədar böyüməsidir: “Xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından sikayət edirlər. Oyanandan sonra isə xəstə sidik kisəsini dərhal boşalda bilmir və xəstədə qalıq sidik qalır. Xüsusən də qalıq sidik 100 ml-i keçərsə, ciddi fəsadlar törədə bilər. Bu zaman sidiyin axın sürəti də zəifləmiş olur və arabir hətta kəsilə də bilər. Eyni zamanda cinsi zəifliklə özünü büruzə verir. Təəssüf ki, kişilər əksər hallarda, hətta kəskin ağrılar və sidik ifrazı pozğunluqları olduğu halda həkimə müraciət etməyə tələsmirlər. Bu da öz növbəsində ağır fəsadlara səbəb olur. Çünki vaxtında müalicə olunmadığı hallarda sidik kisəsinin daşı, qasıq yırtığı və çox gecikmiş dövrlərdə böyrək çatışmazlığına gətirib çıxarır”. Hal-hazırda sidik şırnağının təzyiqini ölüçən xüsusi aparatlar mövcuddur: “Urofloumetr adlanan aparat vasitəsilə sidik şırnağının təzyiqi ölçülür. Maksimal sidik şırnağı 10 ml/saniyədən aşağıdırsa və qalıq sidik 100 ml-i keçirsə, bu zaman prostat adenoması ciddi müalicə edilməlidir. Eyni zamanda qanda PSA analizi aparılmalıdır ki, prostat xərçəngi olmadığı inkar edilsin”. “Prostat adenoması XXI əsrin qızıl standartı olan Plazma-Kinetik üsulla aradan qaldırılır” deyən Araz Bayramov əlavə edib ki, bu üsulun üstünlüyü ətraf toxumaları zədələmədən və cinsi fəaliyyətə xələl gətirmədən prostat adenomasının rezeksiya olunaraq çıxarılmasıdır: “Plazmakinetik usulla prostat adenoması ve sidik kisesi poliplerinin müalicəsi kəsiksiz endoskopik üsulla aparılır. Bu yolla prostat adenoması heç bir ağrı, kəsik olmadan, bipolyar koaqulyasiya hesabına ətraf toxumalar zədələnmədən əməliyyat həyata keçirilir”. Xatırladaq ki, Almaniyanın Kompyuterləşdirilmiş Ultrasəs Diaqnostika Mərkəzi prostat adenoması və xərçənginin erkən ortaya çıxarılması və düzgün diaqnostikası üçün transrektal ultrasəs müayinələrinin aparılmasını ölkəmizdə Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Fransa təhsilli uzman-uroloq, Dr. Araz Bayramova həvalə edib. Avropa təhsilli uzman-uroloq, Dr. Araz Bayramovun qəbuluna yazılan xəstələr prostat adenoması və xərçəngini erkən aşkarlamaq üçün müayinədən keçərək, bu kampaniyada iştirak edə bilərlər tel. 055 255 55 45
Ətraflı